Xəbər lenti

Türkiyənin yeni PUA-sı ilk tapşırığını icra etdi
Ölkə17:33 03.06.2021

Türkiyənin yeni PUA-sı ilk tapşırığını icra etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan "Aksungur” pilotsuz uçuş aparatı ilk tapşırığını uğurla icra edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir "Twitter” hesabında bildirib.
"Ankaradakı TUSAŞ müəssisələrindən Adananın Şakirpaşa hava limanına uçan "Aksungur” ilk tapşırığına başladı. Əməyi olan hər kəsi təbrik edirəm, xeyirli olsun”, - deyə İ.Dəmir yazıb.
Qeyd edək ki, "Aksungur” PUA-ları daha çox yük daşımaq imkanına malikdir. Bundan əlavə yeni PUA-lar 48 saat havada qala və uzaq məsafədən idarə oluna bilir.