Ölkə 16:50 30.06.2022

Türkiyəyə gedən FHN-in amfibiya təyyarəsi Bakıya qayıtdı (FOTOLAR)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə ölkəmizə qayıdıb.

Qaynarinfo xəbər verir ki, qarşısında qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə birgə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.