Xəbər lenti

Türklər işləmək üçün Azərbaycanı seçir
Ölkə15:00 27.07.2018

Türklər işləmək üçün Azərbaycanı seçir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi uçot sistemində əlavə olaraq, 1 587 əcnəbiyə şəxsi hesab açılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, iyul ayının 1-nə fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfər olub. 
Onların sırasında Тürkiyə (20 174 nəfər), Gürcüstan (4 698 nəfər) və Rusiya  (2 927 nəfər) vətəndaşları çoxluq təşkil edir.  
Fondun fərdi uçot sistemində ümumilikdə 142 ölkənin vətəndaşları qeydiyyatdadır.