Xəbər lenti

Türklərlə ermənilər arasında kütləvi dava oldu -FOTO
Ölkə13:08 19.03.2015

Türklərlə ermənilər arasında kütləvi dava oldu -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 18-də Livanın paytaxtı Beyrutda yerli erməni icmasının üzvləri ilə Türkiyənin Livandakı səfirliyinin əməkdaşları arasında kütləvi dava baş verib.

Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, davaya səbəb şəhər kinoteatrlarından birində Çanaqqala döyüşlərinə həsr olunan “Sonuncu məktub” filminin nümayişi olub. Livanda fəaliyyət göstərən “Daşnaksütyun” Partiyasının gənc qanadı ilə “Zavaryan” tələb ittifaqının üzvləri kinoteatrı çevrəyə alaraq Türkiyə əleyhinə ərəb və ingilis dillərində “Cinayətkar Türkiyə” şüarı səsləndiriblər. Nəticədə, filmin nümayiş olunmasını təşkil edən Türkiyə səfirliyinin əməkdaşları ilə ermənilər arasında toqquşma baş verib.

Hadisəyə müdaxilə edən Livan polisi tərəfləri bir-birindən ayırıb. İnsident nəticəsində 2 ermənin yaralandığı, 2 Türkiyə vətəndaşının isə həbs olunduğu bildirilir. Hadisə zamanı kinoteatrda olan Türkiyənin Livandakı səfiri isə təhlükəsizlik qüvvələrinin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb.

Qaynar.info