Xəbər lenti

Türkmənistandan gətirilən meyit neftçiyə aiddir? - AÇIQLANDI
Ölkə12:07 10.05.2016

Türkmənistandan gətirilən meyit neftçiyə aiddir? - AÇIQLANDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinə aid olması ehtimal edilən meyitdən götürülən analizlərin nəticələri açıqlanıb.
Qaynarinfo.az lent.az-a istinadən xəbər verir ki, analizlərin nəticəsi itkin düşmüş neftçilərdən hər hansı birinin ailə üzvlərindən götürülmüş analizə uyğun gəlməyib. Bu səbəbdən də meyitin kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmayıb.
Bildirilir ki, itkin düşmüş neftçilərin ailə üzvlərindən yenidən analizlər götürüləcək və növbəti dəfə yoxlama aparılacaq.
Məlumata görə, Türkmənistan sahilində tapılmış meyitin kimə məxsus olmasını vizual olaraq müəyyənləşdirmək mümkün deyil. Bakıya gətirilən insan qalıqları arasında vəfat etmiş şəxsin ancaq baş və döş qəfəsi nahiyələri var.
Qaynarinfo.az