Xəbər lenti

Turşu bir ailəni xəstəxanalıq etdi
Ölkə13:22 27.11.2014

Turşu bir ailəni xəstəxanalıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağcabədi rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Qafqaz.info-nun Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə bu gün Ağcabədi rayonunun İmamqulubəyli kəndində baş verib. 

Belə ki, kənd sakinləri Leyla Zeynalova, oğlu Babək, qızı Aytən və qohumu Malik Zeynalov pomidor turşusundan zəhərləniblər.

Ailə üzvləri təcili olaraq yaxınlıqdakı xəstəxanaya gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki analoji hadisə bir necə gün qabaq Tovuz rayonunda da baş vermişdi. 

Tovuz rayon mərkəzi xəstəxana baş həkimin müavini Sayad Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kəddə yaşayan Xəqani Yusifov, həyat yoldaşı və 5 övladı pomidor turşusundan zəhərlənmişdi. 

Qafqaz.info