19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda sonuncu oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, millimiz Lüksemburqla qarşılaşacaq. Matçı Uelslə Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Lüksemburqda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Millimiz buna qədər keçirdiyi oyunlarda Belçikaya 1:5, İspaniyaya isə 0:6 hesabı ilə məğlub olub.
Avropa çempionaının seçmə mərhələsi
Lüksemburq (U-19) - Azərbaycan (U-19)
Hakimlər: Luka Bilbiya, Aleksandar Smilyanic (hər ikisi Bosniya və Herseqovina), Qaret Vin Jones, Robert İan Jenkins (hər ikisi Uels)
Səbuhi Həsənov