
Ötən gün Şıxov qəsəbəsində uçan piyada keçidinin kimə məxsus olması məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən “Grand Park” keçmiş prokuror Şükür Rzayevə məxsusdur. Ş. Rzayev 1994-1998-ci illərdə Bakı Şəhər prokuroru vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, Ş. Rzayev millət vəkili Rövşən Rzayevin atasıdır.
Xatırladaq ki, ötən gün Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidi yükqaldırıcı kran maşınının sürətlə ona dəyməsi nəticəsində uçub. Hadisə nəticəsində ümumilikdə 6 nəfər yaralanıb.
Qaynar.info