Xəbər lenti

Ucar sakinlərini
Foto 18:27 23.12.2022

Ucar sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər bəlli oldu (FOTO)

SOCAR "Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi "Səyyar qəbul otağı” Ucar sakinlərinin ixtiyarına verilib. Gülxanım Ağayeva qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. 

Qaynarinfo xəbər verir ki, Lətifə Abdullayevanın istəyi isə debitor borcun araşdırılmasından ibarət olub. Qazqumlaq kənd sakini Ruslan Məmmədovun fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətinə Ağsu RQİİ-nin rəhbər şəxsləri tərəfindən cavab olaraq bildirilib ki, "SOCAR” "Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. 

Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->