Xəbər lenti

Ucar – Zərdab yolu dağıldı
Ölkə10:06 27.05.2013

Ucar – Zərdab yolu dağıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ucar – Zərdab yolu yenidən bərbad vəziyyətə düşüb.

APA – nın məlumatına görə, 3-4 ay əvvəl əsaslı təmir olunmuş yolda yaranan problem bütün növ nəqliyyat vasitələrinin hərəkətində çətinliklər törədir.

Yollarda yaranmış iri çuxurlar, asfalt örtüyünün dağılması səbəbindən sürücülər əvvəllər 20 dəqiqəyə qət etdikləri yolu hazırda 50 – 60 dəqiqəyə getməli olurlar.

Sürücülərin sözlərinə görə, son günlər Ucar Yol istismar İdarəsi tərəfindən Ucar – Zərdab əsas magistral yolunda mütəmadi olaraq təmir işləri aparılsa da, iri tutumlu yük maşınlarının ağırlığına tab gətirməyərək yolda yenidən çuxurlar əmələ gəlib.

Ucar rayon 31 saylı Yol – istismar İdarəsinin müdiri Vaqif Nuriyev APA-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı müvafiq orqanlara müraciət olunub, artıq bu ilin sonlarında 75 kilometrlik Ucar - Zərdab – Ağcabədi əsas magistral yolunun tikintisinə başlanacaq. V. Nuriyevin sözlərinə görə, hətta yolların bir qədər genişləndirilməsi nəzərdə tutulur.

Qaynar.info