Xəbər lenti

Ucarda canavarlar kəndə hücum etdi, çox sayda heyvan tələf oldu
Ölkə14:05 22.03.2016

Ucarda canavarlar kəndə hücum etdi, çox sayda heyvan tələf oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gecə saatlarında Ucar rayonunun Təzə Şilyan kəndinə canavarlar hücum edib.

Report xəbər verir ki, yırtıcılar yerli sakin Təhmasib Məmmədovun həyətində olan tövləyə girərək qoyunları parçalayıblar.

Canavarların hücumu nəticəsində 10 baş xırdabuynuzlu tələf olub, 20-dən çoxu yarımcan olub.

Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb. Ərazi dezinfeksiya edilib.

Qaynar.info