Ucarda mikroavtobus aşıb, xəsarət alanlar var. Qaynar.info APA-ya istinadən xəbər xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Sprinter” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Tovuz rayon sakini, 1972-cil təvəllüdlü Məmmədov Rövşən Xaliqverdi oğlu və Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Əliyev Vüsalə İsaxan qızı müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.
Qaynar.info