Xəbər lenti

UEFA Azərbaycan yığmasının oyununa Fransa ermənisini hakim təyin etdi
İdman08:20 07.10.2020

UEFA Azərbaycan yığmasının oyununa Fransa ermənisini hakim təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Millətlər Liqasında III turun Monteneqro - Azərbaycan matçının təyinatları açıqlanıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
Görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Rikardo de Burgos Benqoeçeaya yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömək edəcək. 
Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandes yerinə yetirəcək. 
Oktyabrın 10-da baş tutacaq qarşılaşmada erməni əsilli fransalı Paskal Qaribyan hakim-müfəttiş, serbiyalı İqor Radoyiçiç UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.