Xəbər lenti

UEFA "Qarabağ"ı cərimələdi
İdman18:23 21.02.2026

UEFA "Qarabağ"ı cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA "Qarabag" klubunu cərimələyib.
Qaynarinfo xəbər verir ki, buna UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən "Qarabağ"- "Ayntraxt Frankfurt" oyununda baş verən hadisələr səbəb olub.
UEFA İntizam Komitəsi "Qarabağ"ı idman tədbiri üçün uyğun olmayan mesaj ötürdüyünə və futbolun və xüsusən də UEFA-nın nüfuzuna xələl gətirdiyinə görə 17 500 avro cərimələyib.
Ağdam təmsilçisinə həmçinin təhlükəsizlik qaydalarını pozduğuna görə xəbərdarlıq olunub.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.