Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dan 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat
verib.
"Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin maaşları, sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə kömək edəcək”, - o bildirib.
Bu, 2024-cü ildə ABŞ-dan birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Şmıqal bildirib ki, ümumilikdə Ukrayna bu il ABŞ-dan 7,8 milyard dollar birbaşa büdcə yardımı alacaq.
Alpər
Şərhlər