Video 19:45 10.05.2023

Ukrayna dronu rus hərbçisini əsir götürüb ştaba gətirdi (VİDEO)

Mayın 9-da Baxmut istiqamətində 92-ci briqadanın hərbçiləri pilotsuz uçuş aparatının köməyi ilə rus hərbçisini ələ keçiriblər.

Bu barədə Qaynarinfo "Ukrainska pravda”ya istinadən xəbər verir.

İvan Sirko adına 92-ci motoatıcı briqadanın "Axilles" zərbə pilotsuz uçuş aparatları bölüyünün komandiri Yuri Fedorenkonun sözlərinə görə, bir gün əvvəl onun bölüyünüu döyüşçüləri Baxmut istiqamətində bir rus hərbçisini aşkar edib və o, onu bombalamamağı xahiş edib.

Ukrayna əsgərləri ona təslim olmaq və pilotsuz uçan aparatın arxasınca getmək əmri olan məktub atıblar.
"O, arxadan "özünkülərin" gülləsinə tuş gəlməsinə baxmayaraq, razılaşdı. 92-ci briqadadan olan piyada və kəşfiyyatçılar onu Ukrayna mövqelərinə qədər müşayiət etdilər. Ukraynada əsirlik Rusiya ordusunda xidmətdən daha çox yaşamaq şansı verir", - deyə Fedorenko bildirib.

Nizami Bağırov