Xəbər lenti

Ukrayna Krımda atəş açmaq əmri aldı
Ölkə05:56 19.03.2014

Ukrayna Krımda atəş açmaq əmri aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Müdafiə nazirliyi Krım Muxtar Respublikasında yerləşən Ukrayna hərbi bazalarında xidmət çəkən hərbçilərə odlu silahlardan istifadə etməyə icazə verib. 
Anspress xəbər verir ki, Ukrayna Müdafiə nazirliyinin yaydığı xəbərdə bildirilir: “Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı və müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin verdiyi qərara əsasən, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisinin əmrinə uyğun olaraq Krım Muxtar Respublikasına dislokasiya edilmiş Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdə odlu silahdan istifadə edilməsinə icazə verilsin”.
Xatırladaq ki, bir neçə saat bundan əvvəl Simferopolda binaların birindən Ukrayna hərbi bazasına atəş açılmışdı. Nəticədə Ukrayna özünümüdafiə dəstəsinin bir zabiti həlak olub, ikisi isə yaralanmışdı.
Qaynar.info