Dünya 16:40 23.08.2023

Ukrayna Krımda S-400 “Triumf” sistemini məhv etdi - Dəhşətli partlayış (VİDEO)

Rusiya tərəfindən işğal olunmuş Krımda avqustun 23-də səhər saatlarında Tarxankut burnunda Olenevka kəndi yaxınlığında partlayışlar olub, nəticədə Rusiyanın S-400 Triumf uzun və orta mənzilli zenit-raket kompleksi məhv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Partlayış nəticəsində qurğunun özü (S-400 Triumf – red.), ona quraşdırılan raketlər və şəxsi heyət tamamilə məhv edilib”, - məlumatda deyilib.

Kəşfiyyat xidməti izah edib ki, düşmənin arsenalında bu cür komplekslərin məhdud sayda olduğunu nəzərə alsaq, bu, Rusiyanın hava hücumundan müdafiə sisteminə ağrılı zərbədir və bu, yarımadada gələcək hadisələrə ciddi təsir göstərəcək.

Ukrayna Baş Kəşfiyyat İdarəsi həmin əməliyyatın sübutu kimi videogörüntü nümayiş etdirib.

Nizami Bağırov