Xəbər lenti

Ukrayna müharibəsində daha 5 soydaşımız həlak oldu
Dünya 12:28 15.01.2026

Ukrayna müharibəsində daha 5 soydaşımız həlak oldu

Rusiya–Ukrayna müharibəsində həlak olan azərbaycanlıların sayı artmaqdadır. 

Modern.az-ın əldə etdiyi məlumata görə, döyüş əməliyyatları zamanı Rusiya tərəfində vuruşan daha 5 soydaşımız həyatını itirib.

Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:

Vəliyev Müşfiq Tofiq oğlu – 19 may 1965-ci il təvəllüdlü. O, Rusiya Federasiyasının Oryol vilayətinin Narışkino kəndində yaşayıb və 70-ci qvardiya motoatıcı alayının tərkibində xidmət edib.

Əhədov Etibar Nəsrulla oğlu – 22 dekabr 1971-ci il təvəllüdlü. Primorsk diyarının Fokino şəhərində yaşayıb.

Feyzullayev Rüstəm Aslan oğlu – 1 avqust 1998-ci il təvəllüdlü. Rostov vilayətinin Volqodonsk şəhərində yaşayıb.

Babayev Mirsəfa Mirtağı oğlu – 17 avqust 1992-ci il təvəllüdlü. Tatarıstan Respublikasının Kazan şəhərində yaşayıb.

Əliyev Mikayıl Şahismayıl oğlu – Lipetsk vilayətinin Zlobino kəndində yaşayıb.

Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri müxtəlif mənbələrin məlumatına görə, Rusiya ordusunun tərkibində döyüşlərdə həlak olan azərbaycanlıların sayı mütəmadi olaraq artır. Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır.

--> -->