Dünya 11:55 20.08.2022

Ukrayna PUA-sı Rusiyanın Qara dəniz donanmasının qərargahına hücum etdi (VİDEO)

Sevastopolda PUA Qara dəniz donanmasının qərargahına hücum edib.
 
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə qubernator Mixail Razvojaev bildirib.

"Təəssüf ki, o vurulmadı, halbuki buxtada atıcı silahlar vardı. Aşağıdan uçdu. Qurbanlar yoxdur”, - o, öz kanalında yazıb.

Onun sözlərinə görə, zərbə binanın damına endirilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Qubernator yerli sakinləri sakit olmağa və mümkün qədər evdə qalmağa çağırıb.

Razvozjaev daha sonra əlavə edib ki, pilotsuz təyyarə zərbə endirməzdən əvvəl vurulub. Hadisə şahidlərinin çəkdiyi videoda drona atıcı silahlardan açılan atəş səsləri eşidilir.

Bu ərəfədə Sevastopolda hava hücumundan müdafiə sistemi, ehtimal ki, vurulan pilotsuz təyyarə səbəbindən işə düşüb.

Ukraynanın Unian saytı isə hadisə haqda xəbərində bunları yazıb:

"Rusiya Federasiyası Qara Dəniz Donanmasının Krımda yerləşən Sevastopol qərargahı üzərində qatı tüstü sütunu qalxıb.

Bu barədə yerli ictimaiyyət məlumat yayıb.

Səhər saat 8:17 radələrində güclü partlayış baş verib.

İşğalçı hakimiyyətin məlumatına görə, pilotsuz təyyarə qərargahın damına uçsa da, vurulmayıb. Baxmayaraq ki, Kreml təbliğatçılarının fikrincə, rus hərbçiləri "atıcı silahlarla işləyirmiş”.

Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb”.

Alpər