Xəbər lenti

“Ukrayna qalib gələcək” - Misir Mərdanov
Ölkə08:57 01.03.2022

“Ukrayna qalib gələcək” - Misir Mərdanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynada baş verən müharibəni diqqətlə izləyirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Təhsil naziri Misir Mərdanov deyib. Keçmiş nazir hesab edir ki, Ukrayna müharibədə qalib gələcək: 
"Hesab edirəm ki, Ukrayna qalib gələcək. Çünki bu ədalətsiz müharibədir. Hər halda ədalət olmalı, ədalətsiz müharibəni başlayan ölkə məğlub olmalıdır. Bu mənim şəxsi fikrimdir və sözün düzü Ukraynaya "balit eləyirəm”. 
Misir Mərdanov Ukraynada yaşayan soydaşlarımızın teleyindən də narahat olduğunu dilə gətirib: 
"Ukraynada 600 minə yaxın soydaşımız yaşayır. Həmçinin Ukrayna xalqının taleyi və dünyaya olan bu təhdidlər məni çox narahat edir. Müharibə başlayandan heç bir işlə məşğul ola bilmirəm. Başım bu məlumatları izləməyə qarışıb. Yalnız kompüterin qarşısında oturub məlumatları izləyirəm. Baş verənlər çox dəhşətlidir. Ordan bir xəbər, burdan bir xəbər gözlə... Çox təəssüf. Başqa nə edə biləriki? Allah Ukrayna xalqına kömək olsun”.
Əhməd