Ukrayna-Rusiya sərhədində atəş altına düşən 3 azərbaycanlı yaralanıb.
Qaynarinfo bildirir ki, bu barədə Azərbaycanın Xarkovdakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.
Belə ki, Ukraynanın Dnepr vilayətindən Rusiyanın Belqorod şəhərinə yük maşını ilə kənd təsərrüfatı məhsulları aparan Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğlu sərhəddə atəşə tutulma nəticəsində güllə yarası alıblar.
Ukrayna hərbçiləri onları xəstəxanaya yerləşdiriblər.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/271jI5Jdc9c" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">