Xəbər lenti

Ukrayna Rusiyanın məxfi bazasını vurdu: Ordu komandanı və qərargah rəisi yaralandı
Dünya 19:22 21.09.2023

Ukrayna Rusiyanın məxfi bazasını vurdu: Ordu komandanı və qərargah rəisi yaralandı

Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Zaporojye vilayətinin Melitopol şəhərindəki məxfi Rusiya bazasına raket hücumu həyata keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə SBU-dakı mənbələr NV-yə bildiriblər.

Qeyd olunur ki, zərbə nəticəsində Zaporojye istiqamətində döyüşən Rusiya Federasiyasının 58-ci Ordusunun komandanı, eləcə də qərargah rəisi, həmçinin onlarla zabit yaralanıb. Yaralananların təxminən 10 nəfəri artıq dünyasını dəyişib.

Nəşrin anonim həmsöhbətinin sözlərinə görə, Təhlükəsizlik Xidməti əvvəlcə işğalçıların öz qərargahlarını yerli mühərrik zavodunda yerləşdirdiklərini aşkar edib. Məlumat hərbçilərə çatdırılıb, sonra onlarla birlikdə əməliyyat həyata keçirilib. 

Nizami Bağırov
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->