Xəbər lenti

Ukrayna səfiri azərbaycanlı döyüşçünün həlak olması ilə bağlı başsağlığı verdi
Ölkə09:42 09.04.2022

Ukrayna səfiri azərbaycanlı döyüşçünün həlak olması ilə bağlı başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanayevski Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayevin Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı başsağlığı verib.
Qaynarinfo xəbər verir ki, diplomat başsağlığı mesajını "Facebook" səhifəsində paylaşıb.
"Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayev Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. O, Qəhrəman Dəniz Korpusunun bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Onun xatirəsi əbədi yaşayacaq”, - səfir bildirib.
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fvladyslav.kanevskyi%2Fposts%2F3092523941012096&show_text=true&width=500" width="500" height="731" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share">