Xəbər lenti

Ukrayna üçün Putinlə danışıqlar hələ də qadağandır - Sıbiqa
Dünya 16:54 15.01.2025

Ukrayna üçün Putinlə danışıqlar hələ də qadağandır - Sıbiqa

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) Vladimir Putinlə birbaşa danışıqlara qadağa qoyan qərarı hazırda qüvvədədir. 

Qaynarinfo xəbər verir ki, bu haqda Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa "Avropa həqiqəti"nə verdiyi müsahibədə deyib.

Nazirdən Putinlə danışıqlar qadağasının hələ də qüvvədə olub-olmadığı soruşulub.  

"Bugünkü vəziyyətə görə, bu SNBO qərarı qüvvədədir", – nazir təsdiq edib.

Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında Ukrayna Prezidenti Volodimir Zelenski, 30 sentyabr 2022-ci il tarixində Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının "Rusiya Federasiyasının ölkə ərazilərini anneksiya etmə cəhdlərinə qarşı Ukraynanın tədbirləri, Avroatlantik məkanın, Ukraynanın təhlükəsizliyinin təmin olunması və onun ərazi bütövlüyünün bərpası" haqqında qərarını təsdiqləyib.  

Bu qərara əsasən, SNBO Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə danışıqlar aparmağı qadağan edib.  

Bir qədər əvvəl UNİAN xəbər vermişdi ki, ABŞ-ın yeni prezidenti Tramp Ukraynanı RF ilə vaxtından əvvəl danışıqlara başlamağa məcbur etməyəcək. Eyni zamanda, 20 yanvar tarixindəki andiçmədən sonra Ukrayna ilə bağlı həyata keçirilə biləcək hər hansı planın mövcud olmadığı qeyd edilib.  

Həmçinin, Aİ-dən narahatlıq bildirilib ki, Tramp Ukrayna ilə bağlı sülh danışıqlarına onların iştirakı olmadan başlaya bilər. Avropa liderləri danışıqlar masasında yalnız iştirak etməyi deyil, həm də onların gedişatına təsir etmək hüququnu əldə etməyi istəyirlər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->