Xəbər lenti

Ukrayna vətəndaşı Bakı sakininə 160 min dollarlıq dələduzluq edib
Ölkə15:20 24.08.2019

Ukrayna vətəndaşı Bakı sakininə 160 min dollarlıq dələduzluq edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna vətəndaşı Bakı sakininə qarşı dələduzluq edib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, 39 yaşlı Fərid Pənahov qarşılaşdığı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
F.Pənahov şikayətində bildirib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 142-də yerləşən 58 saylı mənzili Ukrayna vətəndaşı Nina Krimişenkodan 160 min dollara alıb. O, pulu N.Krimişenkoya ödəyib. Lakin sonradan məum olub ki,  mənzil 1980-ci il təvəllüdlü Sara Hamlet qızı Əliyevaya məxsusdur.
Faktla bağlı araşdırma aparılır.