Xəbər lenti

Ukraynada azərbaycanlı hamilə qadın vəhşicəsinə öldürüldü
Ölkə07:36 12.11.2013

Ukraynada azərbaycanlı hamilə qadın vəhşicəsinə öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Skinxedlərin bu addımı miqrantlara "dərs" olsun deyə atdıqları deyilir

Rusiyada baş verən olayların ardından, proseslərin Ukraynaya sıçradığına dair iddialar səslənməyə başlayıb. Səbəb kimi isə son günlər Kiyev və ətraf şəhərlərdə azərbaycanlılara qarşı aqressiyanın artması göstərilir.

JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, dünən Ukraynanın paytaxtı Kiyev şəhərində bir qrup gənc yolla hərəkət edən hamilə azərbaycanlı qadını saxlayaraq, vəhşicəsinə döyüblər. Ağır formada xəstəxanaya çatdırılan həmin qadını və bətnindəki uşağı xilas etmək mümkün olmayıb.

İddialara görə, son bir həftə ərzində bu Ukraynada ilk olay deyil. Bir neçə gün əvvəl buna bənzər daha bir olayın baş verdiyi söylənilir. Həmin məlumatlara görə, Ukraynadakı millətçi gənclər "gəlmələr"ə dərs olsun deyə, miqrantları yolda görərkən üzərinə hücum edib, vəhşicəsinə döyüblər.

Qaynar.info