Xəbər lenti

Ukraynada azərbaycanlı saxılanıldı: Üzərindən tapança və qumbara çıxdı (FOTO)
Ölkə14:13 23.02.2023

Ukraynada azərbaycanlı saxılanıldı: Üzərindən tapança və qumbara çıxdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Xarkov vilayətində sərhədçilər üzərində tapança və qumbara daşıyan azərbaycanlını saxlayıb.
Qaynarinfo-nun məlumatına görə, Xarkovun sərhəd-buraxılış məntəqələrinin birində sərhədçilər taksini yoxlamaq üçün saxlayıblar. Taksidə sərnişin qismində oturan adı açıqlanmayan azərbaycanlının çantası da yoxlanılıb. Yoxlama zamanı onun çantasından 2 qumbara, rezin güllə atan tapança və ov bıçağı aşkar edilib. 
Azərbaycanlı həmin silahları hardan əldən etməsini açıqlamaqdan imtina edib. O, aşkar edilmiş silah-sursatla birlikdə Milli Polisə təhvil verilib.
Məhkəmənin qərarı ilə, həmin şəxs həbs edilib.
Əhməd