Xəbər lenti

Ukraynada həlak olan azərbaycanlının anası xəbəri eşitdikdən sonra vəfat etdi
Ölkə16:00 07.03.2022

Ukraynada həlak olan azərbaycanlının anası xəbəri eşitdikdən sonra vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 4-də Ukraynanın Xarkov şəhərində mərmi partlaması nəticəsində azərbaycanlı ailə, Emin Mahmudov və həyat yoldaşı Lyudmila Mahmudova həlak olub.
Faciədən xəbər tutan mərhum Emin Mahmudovun anası Gülçöhrə Mahmudovanın halı pisləşib və bir neçə saat sonra dünyasını dəyişib.
Xatırladaq ki, Xarkov şəhərinin yaxınlığında yerləşən Çerkaskiye Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Lənkəran rayonu Boladi kəndindən olan Emin Mahmudov, həyat yoldaşı Lyudmila Mahmudova və qayınanası həlak olublar. Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır.
Qeyd edək ki, Emin Mahmudovun Xarkovda "Ləvəngi” adlı restoranı olub. (metbuat.az)