Xəbər lenti

Ukraynada həlak olan qardaşlar Zərdabda dəfn edildi (FOTO)
Ölkə09:48 10.10.2022

Ukraynada həlak olan qardaşlar Zərdabda dəfn edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada atəş altına düşərək həlak olan qardaşlar Zərdab rayonunda dəfn olunublar.
APA-nın yerli bürosunun xəbərinə görə, Fəqan və Gülağa Uğurluyev qardaşlarının cənazələri bu gün Zərdab rayonuna gətirilib. Onlar Məmmədqasımlı kənd qəbiristanlığında dəfn ediliblər.
Qeyd edək ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurluyev, qardaşı Fəqan Uğurluyev və daha 2 nəfər Donetskdə avtomobildə atəşə tutulub.
Bazarda ticarətlə məşğul olan həmyerlilərimizin Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulduqları bildirilir.
Onlar hadisə yerində ölüblər.