Ukraynada iki Azərbaycan vətəndaşı həbs olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Həmyerlilərimiz dələduzluqda şübhəli bilinir. Onlar silah istifadə etməklə dələduzluq hərəkətləri etməkdə ittiham olunur.