Xəbər lenti

Ukraynada iki azərbaycanlı biznesmen yoxa çıxdı
Ölkə10:07 02.08.2014

Ukraynada iki azərbaycanlı biznesmen yoxa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində Azərbaycan diasporunun iki üzvü, iş adamları - 1964-cü il təvəllüdlü Cahangir Əliyev və 1974-cü il təvəllüdlü İkram Ədilov itkin düşüblər.

İtkin düşən İ.Ədilovun qardaşı Rasim Ədilov APA-ya bildirib ki, hər iki şəxs iyulun 30-u biznesləri ilə əlaqədar Rusiya ilə sərhəd Krasnodon şəhərinə gedib: “Eşitdik ki, həmin gün Krasnodon şəhəri separatçılar tərəfindən bombalanıb. Dərhal onlarla əlaqə saxladıq, lakin heç birinə zəng çatmadı. O gündən bəri hər ikisinin telefonu bağlıdır”.

Qeyd edək ki, Ukrayna vətəndaşları olan C.Əliyev Azərbaycanın Astara, İ.Ədilov isə Tərtər rayonundandır.

Qaynar.info