Xəbər lenti

Ukraynada prezident seçkiləri kampaniyası başladı
Ölkə06:53 25.02.2014

Ukraynada prezident seçkiləri kampaniyası başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 25-də Ukraynada növbədənkənar prezident seçkiləri kampaniyasına start verilib.

Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Mərkəzi Seçki Komissiyası müvafiq plan qəbul edib.

Prezidentliyə namizədlərin irəli sürülməsi martın 30-dək davam edəcək. Namizədləri partiyalar və ayrı-ayrı şəxslər müstəqil şəkildə irəli sürə bilərlər. Namizədin qeydiyyata alınması üçün 2,5 milyon qrivna girov qoyulmalıdır. MSK-ya namizədlərin qeydiyyatı üçün sənədlərin sonuncu təqdimat müddəti aprelin 4-də başa çatacaq.

 Qaynar.info