Xəbər lenti

Ukraynada səfərbərlik elan edildi
Ölkə10:31 23.07.2014

Ukraynada səfərbərlik elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti "qismən səfərbərlik haqqında" qanun imzalayıb.

Anspress-in məlumatına görə, prezident Pyotr Poroşenkonun imzaladığı sərəncam barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, qanun dərc edildiyi gündən qüvvəyə minir.

Xatırladaq ki, 22 iyulda Ali Rada "qismən səfərbərlik haqqında" fərmanı dəstəkləyib. Səfərbərlik Ukraynanın bütün regionlarında sənədin qüvvəyə mindiyi gündən 45 gün ərzində həyata keçirilir.

Ehtiyatda olan hərbiçilərin dəqiq sayı isə hələlik məlum deyil.

Qaynar.info