Dünya 16:33 13.08.2022

Ukraynada yeni “Bayraktar Kızılelma” istehsal etmək planlaşdırılır

Türkiyənin "Baykar Makina” şirkətinin Ukraynada inşa etdiyi zavodda "Bayraktar Kızılelma” reaktiv səsdən sürətli pilotsuz təyyarənin yeni modelini istehsal edə bilər. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar bildirib.

Bayraktarın sözlərinə görə, şirkət Ukraynadakı zavodunda "Bayraktar TB2" və "Bayraktar Akıncı" dronlarına əlavə olaraq yeni "Bayraktar Kizilelma" pilotsuz təyyarəsini də istehsal edəcək.

Baş direktor onu da bildirib ki, şirkət artıq Türkiyənin "Bayraktar" pilotsuz uçan aparatlarının istehsalı üçün zavodun tikintisinə başlayıb.
Türk şirkəti martın 16-da özünün ilk pilotsuz uçuş aparatının MIUS (Muharip İnsansız Ucak Sistemi - Pilotsuz Döyüş Təyyarə Sistemi - Unmanned Combat Aircraft System) qırıcısının prototipini, digər adı "Kızılelma" olan təyyarəni yığmağa başlayıb. Onun ilk uçuşu 2023-cü ilə planlaşdırılıb.

Bundan əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, Ukraynada Türkiyənin "Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı üçün zavodun tikintisi bir neçə ay çəkəcək və işə salınması 2023-cü ilin sonuna qədər mümkün olacaq: "Tikinti bir neçə ay çəkə və zavodun işə salınması 2023-cü ildə, bəlkə də sonunda ola bilər".

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin "Bayraktar” pilotsuz təyyarələrinin istehsalı müəssisəsinin Ukraynada yaradılacağı təqdirdə dərhal demilitarizasiyaya məruz qalacağını bildirib.

Alpər