Xəbər lenti

Dünya 19:04 24.05.2024

"Ukraynadakı münaqişəni dondurmaq ədalətsizlik olar" - Avropa İttifaqı

Avropa İttifaqının rəsmiləri hesab edir ki, Ukrayna münaqişəsini dondurmağın vaxtı hələ çatmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" Aİ-dəki mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, bu böhranın davamlı həlli yalnız bir şərtlə mümkündür. Söhbət sülhün əsasına çevrilməli olan Ukraynanın ərazi bütövlüyü prinsipinə hörmətdən gedir.

"Atəşkəs haqqında danışmaq və sonra danışıqlar masasına oturmaq indi qəbuledilməzdir, çünki son dərəcə ədalətsiz qalan vəziyyəti dondura bilməzsiniz, bu, Ukraynanın ərazi bütövlüyünü pozar", deyə mayın 27-də keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl mənbə jurnalistlərə bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->