Xəbər lenti

Ukraynadakı səfirliyimiz Heydər Əliyevin adını düz yaza bilmir - FAKT
Ölkə15:15 08.05.2018

Ukraynadakı səfirliyimiz Heydər Əliyevin adını düz yaza bilmir - FAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Ukraynadakı səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə keçirəcəyi konsert elanında ciddi səhvə yol verib.
Qaynarinfo olke.az-a istinadən xəbər verir ki, səfirliyin sosial platformalarda – konkret olaraq "Facebook” ünvanında yerləşdirilən elanda Ümummilli liderin adı "Qeydar” əvəzinə "Qaydar” yazılıb. 
Təbii ki, ilk baxışdan texniki xəta kimi diqqət çəkən bu hala göz yumanlar rusdilli sosial şəbəkə istifadəçilərinin tənqidi ilə qarşılaşıblar. 
İstifadəçilər Ümummilli Liderin adını rus dilində doğru-düzgün yaza bilməyən səfirlik əməkdaşlarını haqlı olaraq tənqid ediblər.
Xatırladaq ki, belə hal Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları tərəfindən ilk dəfə baş vermir.