Xəbər lenti

Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edildi
Ölkə08:50 11.04.2022

Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu günə qədər Azərbaycana Ukrayna ərazisindən 36 yük nəqliyyat vasitəsi üzrə 39 sürücü təxliyə edilib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.
Məlumatda qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna ərazisində olan azərbaycanlı sürücülər çətin və təhlükəli vəziyyətdə qalmışdı:
"Hadisələrin ilk günündən Azərbaycan höküməti tərəfindən həmin sürücülərin təxliyəsi ilə bağlı işlərə başlanıb. Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra həmin sürücülər Ukrayna hüdudlarından çıxarılıb. TIR sürücüləri Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər”.