Xəbər lenti

Ukraynadan Moldovaya keçən iki azərbaycanlı saxlanıldı (SƏBƏB/FOTO/VİDEO)
Ölkə08:53 16.11.2022

Ukraynadan Moldovaya keçən iki azərbaycanlı saxlanıldı (SƏBƏB/FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müharibəyə görə Ukraynadan Moldovaya keçən iki azərbaycanlı saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, hər iki soydaşımız Moldovanın istintaq polisi tərəfindən tutulub. 
Onlar xuliqanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, şantaj, adam öldürmə, borcların tutulması, habelə Azərbaycan əsilli krminal qruplaşmaların və təşkilatların maraqları naminə gizli biznes yolu ilə əldə edilmiş maliyyə vəsaitlərinin yığılması cinayətlərinin törədilməsində iştirak etməkdə günahlandırılırlar.  
Moldova məhkəməsinin 10 noyabr qərarı ilə 36 və 38 yaşlı azərbaycanlı deport olunana qədər həbsdə qalacaqlar. Hazırda onlarla bağlı sənədləşmə prossesi aparılır və 5 il müddətinə ölkə ərazisində arzuolunmaz elan ediliblər.
Əhməd