Biz heç cürə Kiyevdən çıxa bilmirdik, Azərbaycan Prezidentinin uğurlu səyləri nəticəsində bu gün sağ-salamat ölkəyə qayıtdıq.
Qaynarinfo xəbər verir ki, bu sözləri bu gün Ukraynadan ölkəyə təxliyə olunan Aynurə Abbasova deyib.
A.Abbasovanın sözlərinə görə Ukrayna xalqı bütün yaşananlara baxmayaraq yüksək əhval-ruhiyyədədirlər:
"Həyat yoldaşım və dörd övladımla birgə 24 ildir ki, Kiyev şəhərində yaşayırdıq. Həyat yoldaşım Ukrayna vətəndaşı olduğu üçün orda qaldı. Fevralın 24-dən Kiyevə hücum başlayıb. İki gün zirzəmilərdə qaldıq. Allah Ukrayna Prezidenti və xalqını qorusun."
Həmvətənimiz isti münasibətə və rahat təxliyəyə görə Azərbaycanın Moldovakı səfirliyinə də təşəkkür edib.