
Azərbaycan Premyer Liqasının XI turunda keçirilәn AZAL – “Qәbәlә” oyununda gәrgin anlar yaşanıb.
Qaynarinfo.Az xәbәr verir ki, meydan sahiblәrinin futbolçusu Kamal Mirzəyev qonaqların xorvatiyalı üzvü Filip Ozobiçә qarşı kobud oynayıb.
“Qәbәlә”nin baş mәşqçisi Roman Qriqorçuk epizoda çılğın şәkildә etiraz edib. Mirzəyev sarı vәrәqә ilә cәzalandırıldığı halda, Qriqorçuk xәbәrdarlıq alıb.
Hakimә etirazları dayandırmayan Qriqorçuk referi tәrәfindәn texniki zonadan göndәrilib. Ukraynalı məşqçi gedərkən pis şəkildə söyüş söyməyi də unutmayıb. Hətta bu söyüş TV-də də eşidilib.
Qaynarinfo.Az