Dünya 16:02 04.07.2022

Ukraynalılar Ani Lorakı topa tutdu: “Xain, İrəvanda pul qazanır” (VİDEO)

Fevralın 24-də, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlyan gündən rüsvayçı müğənni Ani Lorak müharibə ilə bağlı ağzına su almaq qərarına gəlib. İndiyə qədər onun haqqında heç nə eşidilməyib. Üstəlik, ictimaiyyət müğənninin hazırda harada olduğunu və nə işlə məşğul olduğunu bilmirdi.

Qaynarinfo xəbər verir ki, bu sözləri "Unian" yazıb.

Belə ki, Ani Lorakın İnstaqramdakı fan səhifəsində ulduzun İrəvandakı toyda necə çıxış etdiyinə dair görüntülər peyda olub. Vətəni Ukraynada müharibə getdiyi halda Ermənistanda pul qazanır.

Maraqlıdır ki, Lorak səhnəyə qırmızı mini paltarda və Bratz sandalında çıxıb. Ulduzun bir çox pərəstişkarı Lorakın bu paltarda yöndəmsiz göründüyünü yazıb və əlavə ediblər ki, o, son bir neçə ay ərzində xeyli kökəlib.

"Satılıq "tv*ar”, "Vətəni pula satan", "Ukrayna haqqında bir söz demir. Bu, əclaflıq və pulgirlikdir" deyə şəbəkə istifadəçiləri şərhlərdə yazır.

Xatırladaq ki, bir müddət əvvəl putinçi Ani Lorak Kirkorovun ziyafətində məşhurlaşıb, - Unian xəbəri belə yekunlaşdırıb.
 
Alpər