Xəbər lenti

Dünya 13:52 08.09.2022

Ukraynalılar Xarkovda 20 km irəlilədi, xeyli ərazi geri alındı - ISW

Müharibənin Tədqiqi İnstitutu (ISW) Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində irəliləyişindən yazıb. Ukraynalılar ən azı 20 kilometr irəliləyib, sentyabrın 6-7-də 400 kvadrat kilometrə yaxın ərazini geri alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ISW-nin yeni hesabatında bildirilir.

"Ukrayna qüvvələri İzümün şimalından Kupyansk istiqamətinə Rusiyanın nəzarətində olan əraziyə ən azı 20 kilometr irəliləyərək 6-7 sentyabr tarixlərində təxminən 400 kvadrat kilometr ərazini geri alıb. Rusiya mənbələri Ukrayna qüvvələrinin E40 və N26 magistralları ilə cənub-şərq istiqamətində irəlilədiyini iddia edir. Müvafiq olaraq İzüm və Kupyansk istiqamətində. Geolokasiya göstərir ki, Ukrayna qüvvələri T2110 magistral yolu ilə Balakleya, Verbovka, Yakovenkovo, Voloxovski Yardan (T2210 və E40-ın kəsişməsində), eləcə də Şevçenkovo istiqamətindən şimal-şərqə doğru hərəkət ediblər”, -  ekspertlər bildiriblər.
 
Bundan əlavə, analitiklər qeyd ediblər ki, Rusiya mənbələri artıq Ukraynanın diversiya-kəşfiyyat qruplarının Belıy Kolodez kəndində, Volçansk və Qnilitsada, "rus cəbhəsinin dərinliyində", Severski Donets çayının şərqində əməliyyatlar aparması barədə məlumat verməyə başlayıblar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->