Xəbər lenti

Dünya 12:48 21.11.2023

"Ukraynanın Putini aradan götürməyə tam haqqı var" - Zelenski

"Fürsəd düşdükdə Ukraynanın Rusiya diktatoru Vladimir Putini aradan götürməyə tam haqqı var. Təcavüzkar ölkə də Ukrayna rəhbərliyini məhv etmək planlarından əl çəkmir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "The Sun"a müsahibəsində bildirib

Onun sözlərinə görə, Rusiya Ukrayna rəhbərliyini məhv etmək planlarından əl çəkmir və istənilən yolla bunu etməyə çalışır.

"Onlar əllərində olan hər vasitədən istifadə edəcəklər", - Zelenski deyib.

Eyni zamanda, onun sözlərinə görə, Ukrayna da öz növbəsində belə bir fürsət yaranarsa, Putini sıradan çıxaracaq.

Ukrayna prezidenti qeyd edib ki, ölkəsi öz torpağını qoruduğu üçün bunu etməyə tam haqqı var.

"Bu müharibədir və Ukraynanın özünü müdafiə etmək hüququ var", - Zelenski vurğulayıb.

Eyni zamanda, dövlət başçısı Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərdə əməkdaşlara və Rusiya rəsmilərinə qarşı sui-qəsd cəhdlərində iştirak edib-etməməsi sualına cavab verməkdən imtina edib.

"Mən sizinlə Ukrayna kəşfiyyatının, xüsusi xidmət orqanlarının və ya xüsusi təyinatlıların hansısa xüsusi əməliyyatını müzakirə edə bilmərəm. Bəzi məqamlar var ki, biz onları müzakirə etmirik", - prezident əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->