Xəbər lenti

Ulu Öndərin İtaliyada hədiyyə verdiyi cütlük Bakıya gəldi (VİDEO)
Ölkə15:51 29.01.2024

Ulu Öndərin İtaliyada hədiyyə verdiyi cütlük Bakıya gəldi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1997-ci il senytabr ayında Prezident Heydər Əliyevin İtaliyaya rəsmi səfəri baş tutub.
Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, səfər zamanı Ulu Öndər öz istəyi ilə Kapri adasını ziyarət edib. 
Elə həmin vaxt nikahları yenicə kəsilən bir cütlüyün Piazzetta Meydanında Heydər Əliyevlə təsadüfi və unudulmayacaq görüşü gerçəkləşir.
Heydər Əliyev ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayır və onlara Azərbaycan xalçası hədiyyə edir.
Həmin cütlük illər sonra Bakıya gəlib. Onlar təəssüratlarını bölüşüblər.