2020-ci ildə "Instagram” sosial şəbəkəsində "Unibank Official” səhifəsini işlədən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1987-ci il təvəllüdlü Masallı rayon sakini Elxan (şərti) Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Təqsirləndirilən şəxsin həbs olunmasına səbəb isə 2020-ci ildə "Instagram” sosial şəbəkəsində açdığı "Unibank Official” səhifəsi vasitəsi ilə bank müştərisinin kartını ələ keçirib, pulunu oğurlamasıdır. O, bu cinayəti Səbail rayon, H.Z.Tağıyev küçəsi 15/3-də fəaliyyət göstərən "DONNA" oteldə olarkən törədib.
Zərərçəkmiş şəxs "ALBALİ" plastik kartının limitinin artırılması ilə əlaqədar "Unibank Official” səhifəsinə sorğu göndərib. Elxan daha sonra zərərçəkmişlə əlaqə saxlayaraq, özünü bank əməkdaşı kimi təqdim edib və onu aldadaraq məxfi bank məlumatlarını öyrəndikdən sonra balansında olan 600 manat pulu şəxsi kartına yönləndirdirib. Bundan sonra Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birinə gedib və həmin məbləği bankomat vasitəsi ilə nağdlaşdırıb.
Əhməd