Xəbər lenti

Universitetdə yanğın: 4 müəllim, 5 abituriyent zəhərləndi (YENİLƏNİB)
Ölkə13:37 22.07.2017

Universitetdə yanğın: 4 müəllim, 5 abituriyent zəhərləndi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın zamanı Universitetin əsas binasında qəbul imtahanları gedib.

***

14.20

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar -  Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.

***

12.24

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

 "Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.

 Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. 

Qaynarinfo.Az