
Bu gün Dövlət İqtisad Univeristetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Avropa.info nun verdiyi xəbərə görə, yaxınlıqda olan şəxslər bu maşının unveristet tələbələrindən birinə aid olduğunu bildiriblər.
"Lambarcini Gallardo" markalı bu avtomobilin qiyməti 650 min ABŞ dolları olduğu bildirilir.
***
Dövlət İqtisad Unversitetinin yaxınlığında görünən və qiyməti 650 min ABŞ dolları civarında qiymətləndirilən avtomobilin sahibi bəlli olub.
Avropa.info xəbər verir ki, avtomobil "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur. "Lamborghini " markalı avtomobilin sahibi A.Axundov Dövlət İqtisad Unversitetinin tələbəsidir. (azadliq.info)
Qaynar.info