Xəbər lenti

Universitetlərə yerləşdirmənin nəticələri nə vaxt elan olunacaq? - DİM
Ölkə 14:24 21.08.2025

Universitetlərə yerləşdirmənin nəticələri nə vaxt elan olunacaq? - DİM

Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq.

Bu barədə Qaynarinfo-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.

"Nəzərinizə çatdırırıq ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir. Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur”, - DİM-dən bildirilib

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->