Xəbər lenti

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə baş direktor təyin edildi (FOTO)
Ölkə 12:59 10.07.2026

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə baş direktor təyin edildi (FOTO)

Kəmalə Səfərova Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.



Kəmalə Səfərova uzun illər Bakının Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. O, ötən ilin may ayında istifadəyə verilən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə rəhbərlik etmək üçün fəaliyyətini bundan sonra Şuşa şəhərində davam etdirəcək.



Bakıda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasına isə müəssisənin baş həkimi Mətanət Bünyadova rəhbərlik edəcək.

Qeyd edək ki, Kəmalə Səfərova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısıdır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->